"HƏR KƏS BİZİMLƏ HESABLAŞMALIDIR ..." - Prezident Xankəndidən mesajlar verdi
Gündəm / Siyasət
Oxunub: 28
24 мар 2024 | 13:09

Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq, 30 ilə yaxın işğal altında olan ərazilərimizi yağı düşmən tapdağından azad etməklə yanaşı, ötən il sentyabr ayında bir gündən də az davam edən antiterror əməliyyatı nəticəsində suverenliyimizi tam bərpa etdi. Artıq dördüncü ildir ki, qədim və əziz bayramımız Novruz bayramı bu torpaqlarda təntənəli şəkildə qeyd olunur. Artıq dörd ildir ki, böyük qürur və fərəh hissi ilə bu tarixi xoşbəxtliyi yaşayırıq. Bu xoşbəxtliyi bizlərə yaşadan müqəddəs şəhidlərimizi bu bayram günündə böyük sayğı və ehtiramla yad edir, bir daha onlara nur içində, hüzur içində uyumalarını diləyirik.
Bu il Azərbaycan xalqı Novruzu dövlət müstəqilliyimizin bərpasından sonra ilk dəfə olaraq ölkənin bütün ərazisində, o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Qarabağın və Şərqi Zəngəzurun bütün guşələrində böyük coşqu ilə qarşılayır. Bir zamanlar arzu olan bu reallıqlar artıq bir gerçəklikdir. Cənab prezidentin ötən günlərdə Xankəndi şəhərində Azərbaycan xalqına bayram təbriki nitqində qeyd etdiyi kimi biz artıq azad edilmiş torpaqlarımızda başımızı dik tutaraq yaşayırıq. Hər bir azərbaycanlı bu tarixi anların, məqamların fəxarət hissini sözlə ifadə edilməz dərəcədə sevincini yaşayır.
Bundan əvvəl 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində qalanan bayram tonqalımız bu dəfə isə Xankəndi şəhərində alovlandırılması ilə Qələbəmizin rəmzinə çevrilən Zəfər tonqalı düşmənin bağrına növbəti od saldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev güclü əzm və iradə ilə Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Bu əvəzolunmaz qüruru və xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin xatirəsini həmişə hörmət və şükranlıqla yad edirik.
Dövlət başçımız təbrik nitqində bütün şəhidlərimizin ruhlarına Allahdan rəhmət diləyərək qeyd etdi ki, şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda başımızı dik tutaraq yaşayırıq, qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır, bərpa-quruculuq işləri uğurla davam etdirilir, bir çox infrastruktur layihələr gerçəkləşdirilir.
2021-ci ildə cənab prezident İlham Əliyev Novruz tonqalını Şuşada Cıdır süzündə yandıraraq bildirmişdir ki, “Bilirəm hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdi ki, inşallah gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu reallıqdır. Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada döğma Qarabağ diyarında qeyd edirik”. Cənab prezidentin qeyd etdiyi kimi həqiqətən bu xalqımız üçün əvəzolunmaz böyük bir xoşbəxtlikdir.
Azərbaycan xalqı 20 il ərzində torpaqların azad olunmasına çalışdı. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı, beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə də siyasətimizi müstəqil şəkildə apara bilək. Təbii ki, bütün bunlarla yanaşı əsas vəzifəmiz torpaqlarımızı işğaldan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq bizim əsas vəzifəmiz idi. Ordumuz Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, maddi-texniki təchizatı yüksək səviyyədə gücləndirildi və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bütün bunları dünyaya nümayiş etdirdi. Cənab prezident bütün çıxışlarında vurğuladığı kimi ən önəmlisi elə gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq. Bu nəsil bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirdi. Məhz gənc nəslimizin qəhrəmanlığı sayəsində şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanı döyüş meydanında alındı.
Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və cənab prezidentin qeyd etdiyi kimi bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaqdır.

Bir daha başda Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev olmaqla Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, hər kəsə can sağlığı, xoşbəxtlik, firavan həyat, bol ruzi-bərəkət arzulayırıq!
Вчера, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
Вчера, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib
Вчера, 22:45
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
Вчера, 22:42
Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
Вчера, 22:32
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
Вчера, 20:43
COP29 və Azərbaycan üçün yaşıl baxış
Вчера, 12:35
"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru"
Вчера, 01:39
Yaz tətili açıqlanıb
25-04-2024, 16:06
Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı, möhkəm təmələ əsaslanır
25-04-2024, 11:32
“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək
25-04-2024, 11:28
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Hesabat-seçki Konfransı keçirilmişdir
25-04-2024, 11:24
Ağac və gülləri yaşılıqları qoruyaq!
25-04-2024, 11:20
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılıb
25-04-2024, 11:18
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb
25-04-2024, 11:16
Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
25-04-2024, 11:13
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin hesabat-seçki iclası keçirildi
24-04-2024, 22:28
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
23-04-2024, 23:10
Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı
22-04-2024, 22:57
Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
19-04-2024, 20:50
Göyçayda şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” adlı kitabın təqdimatı keçirilib.
19-04-2024, 01:43
Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır
19-04-2024, 01:18
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
18-04-2024, 22:57
Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib
18-04-2024, 22:51
Qubadlı Şıxlı kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
18-04-2024, 22:42
Göyçayda "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib
18-04-2024, 22:38
Çaxırlı kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası təşkil olundu
17-04-2024, 22:04
Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ