Göyçayda “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildi şəhid ailələrinə təqdim olunub
Gündəm / Hadisə
Oxunub: 82
19 фев 2024 | 22:10








“44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildləri Göyçayda şəhid ailələrinə təqdim olunub.

Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində Göyçay, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Mingəçevir və Zərdabdan olan şəhid ailələri iştirak ediblər.

Birinci cilddə 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə, ümumilikdə, 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.

Tədbiri açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildi barədə qonaqlara məlumat verib, Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan övladlarımızın xatirəsinin bu nəşrlərdə əbədiləşdirilməsindən söz açıb.

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirib ki, Ermənistanın torpaqlarımızın işğalı zamanı əsir və girov götürdüyü, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb. Bu işləri Respublika Xatirə Kitabı Redaksiyası və Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu birlikdə görüblər. “Redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci və 2-ci cildləri işıq üzü görüb, 3-cü cild üzərində iş aparılır”, - deyə o əlavə edib.

Daha sonra çıxış edən şəhid ailələri dövlətimizin onlara, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərməsindən söz açıblar.

Təqdimat mərasimində şəhidlərə həsr edilən şeirlər səsləndirilib, “Vətən daşı, 44 günün dastanı” adlı layihə əsasında çəkilən sənədli film təqdim olunub.
Сегодня, 00:20
Hava durumu açıqlanıb
Сегодня, 00:17
"N. Gəncəvi və digər mütəfəkkirlərin yaradıcılıgında ətraf mühit" mövzusunda konfrans keçirilib
Сегодня, 00:02
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
Сегодня, 00:00
Prezidentdən Heydər Əsədovla bağlı - Sərəncam
Вчера, 23:58
Bu şəxslər birdəfəlik maddi yardım alacaq
Вчера, 23:57
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
Вчера, 17:32
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Вчера, 17:27
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
Вчера, 17:09
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib
26-04-2024, 22:45
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
26-04-2024, 22:42
Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
26-04-2024, 22:32
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
26-04-2024, 20:43
COP29 və Azərbaycan üçün yaşıl baxış
26-04-2024, 12:35
"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru"
26-04-2024, 01:39
Yaz tətili açıqlanıb