Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü münasibətilə “Zəfərə gedən şərəfli yol” adlı tədbir keçirilib
Gündəm / Tədbirlər
Oxunub: 43
6 мар 2024 | 22:20






Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü münasibətilə “Zəfərə gedən şərəfli yol” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Ümummmilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib.

S.Şükürov bildirib ki, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 32-ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir birindən əhəmiyyətli uğurlara imza atmışdır. Ötən ay ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərindən bəhs edərək, 7 fevral növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixinə Zəfər seçkisi kimi daxil olduğunu vurğulayan S.Sükürov xalqımız 44 günlük Vətən müharibəsində və bir günlük lokal xarakterli antiterror tədbirlərində qazandığı tarixi Zəfərdə böyük birlik nümayiş etdirdiyi kimi, 7 fevral prezident seçkilərində də bu birliyi nümayiş etdirdi və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti 7 il müddətinə prezident seçildiyini qeyd edib.

S.Şükürov Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlərin, tarixi Zəfərlərin Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlı olduğunu vurğulayıb.

Çıxış edən Şəhid atası Akif Kərimov, Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Partiya veteranları, Zenfira Əliyeva, Eldəniz Məmmədov, Şərafəddin Quliyev və başqaları Yeni Azərbaycan Partyasının keçdiyi çox ağır, çətin eyni zamanda şərəfli inkişaf yolundan geniş bəhs ediblər. Bildiriblər ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana ən yüksək zirvələri fəth etdir, xalqımız tarixi Zəfərlər əldə edir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərmanlar təqdim olunub.
Сегодня, 00:20
Hava durumu açıqlanıb
Сегодня, 00:17
"N. Gəncəvi və digər mütəfəkkirlərin yaradıcılıgında ətraf mühit" mövzusunda konfrans keçirilib
Сегодня, 00:02
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
Сегодня, 00:00
Prezidentdən Heydər Əsədovla bağlı - Sərəncam
Вчера, 23:58
Bu şəxslər birdəfəlik maddi yardım alacaq
Вчера, 23:57
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
Вчера, 17:32
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Вчера, 17:27
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
Вчера, 17:09
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib
26-04-2024, 22:45
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
26-04-2024, 22:42
Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
26-04-2024, 22:32
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
26-04-2024, 20:43
COP29 və Azərbaycan üçün yaşıl baxış
26-04-2024, 12:35
"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru"
26-04-2024, 01:39
Yaz tətili açıqlanıb