Makron sakitləşməyib: uğursuz cəhdlər davam edəcək
Gündəm / Siyasət
Oxunub: 15
7 янв 2024 | 12:08

1848-ci ilin dekabrın 10-dan 1852-ci ilin dekabrın 2-dək Fransanı ölkənin ilk prezidenti kimi idarə etmiş Şarl Lui Napoleon Bonopart sonradan 1870-ci ilədək imperator oldu, 3-cü Napoleona çevrildi.

Onun hakimiyyət dövrü Fransanın fasiləsiz uğursuluqları, məğlubiyyətləri, mövqelərini itirməsi və bir çox məkanlardan geri çəkilməsi ilə yadda qalıb.

Xarici siyasətin incəliklərindən, ümumiyyətlə, başı çıxmayan 3-cü Napoleon hərbi, siyasi və iqtisadi baxımdan Fransadan dəfələrlə gücü Prussiyaya meydan oxumuş, hətta Meksikaya ekpedisiya da yollamışdı.

Prussiya ilə münasibətləri ifrat dərəcədə sərinləşdirən 3-cü Napoleon səriştəsiz və yarıtmaz nazirlərinin təşviqi ilə imperator 1-ci Vilhelmə müharibə elan etdi.

1870-1871-ci illərdəki Fransa-Prussiya müharibəsi Parisin kapitulyasiyası və Fransadakı 2-ci İmperiyanın köçməsi ilə başa çatdı.

Beləcə, Fransanın qüdrətli dünya gücünə çevrilmək niyyəti puç oldu.



... Fransa prezidenti Emmanuel Makron sanki uğursuz, müharibədə əsir düşən və sonra da sürgündə vəfat edən 3-cü Napoleonun reinkarnasiyası, yeni təzahürüdür.

Ötən ilə nəzər salsaq, E.Makronun dövlət başçısı postundakı fəaliyyəti onun səriştəsizliyini, eqosentrizmini, ifrat təşəxxüsünü, yanlış planlaşdırma mərəzini açıq görmək olar. Prezident postu Emmanuel Makron üçün deyil.

Daxili siyasətdə başladığı pensiya islahatlarının biabırçı sonluğu ilə qarşılaşan Makron xarici siyasətdə Fransanın çözməli olduğu problemlərin heç birini (!) həll edə bilməyib.

Makron 2002-ci ilin ilk günündə millətə müraciətində "2023-cü il Fransa üçün birlik, cəsarət, kollektiv ambisiyalar və səmimiyyət ili olacaq" demişdi. Lakin 2023-cü ildə o, etimadsızlıq votumundan güclə qurtuldu, yayda isə Fransada kütləvi etiraz aksiyaları başlandı.

Paris Universitetinin professoru Benjamen Morel "Public Sénat"a verdiyi müsahibəsində deyib: "Emmanuel Makron indi bankadakı milçəyə bənzəyir. Bankadakı suda batmamaq üçün o, fasiləsiz olaraq vurnuxmalı, uçmalıdır. Milçək bu minvalla bankadan çıxa bilmədiyi kimi, Makron da düçar olduğu problemlərlə çətinliklərin həllində gücsüzdür".



Tanınmış fransalı politoloq Bruno Kotres isə söyləyib: "Ötən il bizə "Emmanuel Makronun ikinci səlahiyyət müddətində ölkə haraya, niyə hərəkət edir?" kimi əsas suala dəqiq və aydın cavab vermədi. Heç bir istiqamət yoxdur. Emmanuel Makronun idarəetmə sistemində və siyasətində prioritetlərinin, məqsədlərinin nələr olduğunu hələ də anlaya bilmirik".

Fransadakı situasiya isə, həqiqətən, ağırdır, çünki 2024-cü ilin ilk günlərinə olan statistik məlumatlara görə, ölkə sənayesində və istehsalatında geriləmə sürətlənib. Fransanın istehsalat sektorunda Alışlar üzrə Menecer İndeksi (HCOB France Manufacturing Purchasing Managers Index, PMİ) 42,1 faizə düşərək, 2020-ci ilin mayından bəri ən aşağı səviyyədə bərqərar olub. Nəzərə çatdıraq ki, PMİ indeksinin 40 faizdən aşağı olması iqtisadi reqressin və geriləmə proseslərinin göstəricisidir.

Analitiklər hesab edirlər ki, yaxın müddətdə Fransa iqtisadiyyatında müsbət təmayülləri gözləməyə dəyməz.

Emmanuel Makron isə, deyəsən, kimlərin və hansı ölkənin dövlət başçısı olduğunu unudub. Tənəzzül yaşayan iqtisadiyyatı, çox ciddi problemlərin yaşandığı sosial və siyasi həyatı bir kənara qoyaraq, o, xarici siyasətdə çox təhlkəli avantüralarla məşğuldur.



Onun intriqalara və siyasi oyunlara ifrat meyilli olmasını anlamaq üçün Fransa hökumətindəki son dəyişikliklərlə təyinatları səthi təhlil etmək də yetər.

Məhz yarıtmaz idarəetmə nəticəsində Fransada iqtisadi inkişaf templəri sürətlə aşağı düşür, inflyasiya artır, marazmatik pensiya islahatının körüklədiyi sosial gərginlik daha da ağırlaşır.

Emmanuel Makron zəif diplomat, bacarıqsız və populist siyasətçi olmaqla yanaşı, Fransanın daxili gündəmindəki ağır problemlərin həlli üçün anlaşılan, effektiv proqramı hazırlayaraq reallaşdıra biləcək peşəkarlar komandasını belə, formalaşdıra bilməyib.

Onun xarici siyasətinə, yürütdüyü diplomatik strategiyaya gəlldikdə, Fransanın dünyanın müxtəlif məkanlarında üzləşdiyi uğursuzluqları görməmək mümkün deyil. Həmin başabəla siyasət Afrikanın qərbindəki Sahel bölgəsində və Cənubi Qafqazda xüsusilə qabarıq təzahür edib.

Afrikada Niger, Burkina-Faso, Toqo, Mali, Niger, Qabon və daha 5 ölkə Fransa ilə onillərdən bəri davam edən əlaqələri minimuma endirməyə başlayıblar. Bəzi ölkələrdə isə afrikalılar, ümumiyyətlə, fransız dilini dövlət dili statusundan məhrum ediblər, Fransa diplomatlarını ölkədən çıxarıblar.

Belə vəziyyətdən çıxış yolu aramaq və effektiv diplomatiyanı gerçəkləşdirmək əvəzinə, Emmanuel Makron Sahel bölgəsindəki ölkələri hərbi müdaxilə ilə hədələməyi, Fransadan hələ də asılı olan Afrika dövlətlərindən aqressiv hərbi koalisiya formalaşdırmaqda görüb.

Cənubi Qafqazda isə Ermənistan hakimiyyətini tam və qeyd-şərtsiz şəkildə dəstəkləyən, erməniləri “Fransanın əzəli, qədim və tarixi müttəfiqi” adlandıran Emmanuel Makron İrəvana hücum silahlarının satılmasına, erməni ordusunun qalıqlarının sürətlə silahlandırılmasına göstəriş verib.

Bu silahlar və hərbi texnika bölgədə vəziyyətin yenidən ifrat gərginləşəcəyi təqdirdə Ermənistana kömək edəcəkmi? Əsla.



Fransadan faktiki idarə olunan rəsmi İrəvan marazmatik siyasət yürüdən Makronun təlimatlarının heç bir etirazsız icrasına davam edərsə, risklər və çağırışlar ağırlaşacaq.

Uduzan Ermənistan olacaq. Fransa isə növbəti ağır nüfuz itkilərindən, boşuna xərclənmiş milyardlarla avrodan və daxili problemlərin artmasından savayı heç nə qazanmayacaq.

Məhz bu səbəbdən Emmanuel Makronun xarici siyasətdəki təşəbbüslərinin tam əksəriyyəti fiasko ilə başa çatıb.

Bu şəxs hələ də dərk etmir ki, Fransa Avropa İttifaqının ən inkişaf etmiş dövlətlərindən biri olduğundan, Afrikanın Sahel bölgəsində olduğu kimi, Cənubi Qafaqazda da Parisin davranışı Avropa İttifaqına olan münasibətin müəyyənləşməsində əhəmiyyətli rol oynayır.

Makronun bərbad siyasəti, uğursuz diplomatiyası və geosiyasətdə piyada olması Avropa İttifaqına antipatiyanı artırır.
Вчера, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Вчера, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
Вчера, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Вчера, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib
26-04-2024, 22:45
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
26-04-2024, 22:42
Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
26-04-2024, 22:32
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
26-04-2024, 20:43
COP29 və Azərbaycan üçün yaşıl baxış
26-04-2024, 12:35
"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru"
26-04-2024, 01:39
Yaz tətili açıqlanıb
25-04-2024, 16:06
Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı, möhkəm təmələ əsaslanır
25-04-2024, 11:32
“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək
25-04-2024, 11:28
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Hesabat-seçki Konfransı keçirilmişdir
25-04-2024, 11:24
Ağac və gülləri yaşılıqları qoruyaq!
25-04-2024, 11:20
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılıb
25-04-2024, 11:18
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb
25-04-2024, 11:16
Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
25-04-2024, 11:13
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin hesabat-seçki iclası keçirildi
24-04-2024, 22:28
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər