Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib -Prezident İlham Əliyev
Gündəm / Siyasət
Oxunub: 36
5 мар 2024 | 22:31

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib. Məhz bu baxımdan enerji məsələləri ilə bağlı mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Bakıda keçirilməsi artıq bir ənənə halını alıb. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları kimi tədbir bu qəbildən olan əhəmiyyətli tədbirlərdəndir.
Tədbir zamanı prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsində bu kimi tədbirlərin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə bir çox mühüm fikirlər səsləndirib və mesajlar verib. Eyni zamanda prezidentin “Euronews” televiziyasına verdiyi müsahibədə toxunduğu məsələlər beynəlxalq ictimaiyyətdə də böyük maraq doğurub.
Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, müsahibə zamanı dövlətimizin başçısının səsləndirdiyi “Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı. Neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil” - fikirləri ölkəmizdə bu sahədən səmərəli istifadə olunduğuna dair əsaslı bir mesaj idi. Çünki Azərbaycan bu illər ərzində aparılan uğurlu strategiya nəticəsində nefti inkişafa çevirdi, eyni zamanda sərvətin ədalətli paylanmasının təmin olunmasına nail oldu.
Son illər ölkəmizdə tamamilə yeni, müasir tələblər səviyyəsində qurulmuş infrastruktur, əhalinin rifahının daha da yaxşılaşdırılması məhz neft və qazdan əldə edilən gəlirlər hesabına mümkün olub. Cənab prezident müsahibə zamanı bir vacib məqama da toxunaraq qeyd etdi ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil.
Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyaların olduğunu diqqətə çatdıraraq bildirdi ki: “Bu barədə nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Ancaq unudurdular ki, ölkəmiz artıq iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəyə malikdir. Hətta bu gün bir sıra iri layihələrin həyata keçirilməsi Azərbaycanla reallaşdırılır. Təbii ki, belə bir əhəmiyyətli layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Nəticə göz qabağındadır. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var.”
Dövlətimizin başçısı müsahibədə COP 29 kimi beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi ilə bağlı mühüm məqamlara da toxunaraq qeyd etdi ki, bərpa olunan enerji layihəsinin həyata keçirilməsi ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Diqqətə çatdırdı ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verək. Həm də buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.
Dövlət başçısı burada təhdid yaradan amillərin də olduğunu qeyd etdi: “Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik - deyə prezident məsələyə öz haqlı mövqeyini bildirdi.
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib
26-04-2024, 22:45
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
26-04-2024, 22:42
Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
26-04-2024, 22:32
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
26-04-2024, 20:43
COP29 və Azərbaycan üçün yaşıl baxış
26-04-2024, 12:35
"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru"
26-04-2024, 01:39
Yaz tətili açıqlanıb
25-04-2024, 16:06
Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı, möhkəm təmələ əsaslanır
25-04-2024, 11:32
“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək
25-04-2024, 11:28
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Hesabat-seçki Konfransı keçirilmişdir
25-04-2024, 11:24
Ağac və gülləri yaşılıqları qoruyaq!
25-04-2024, 11:20
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılıb
25-04-2024, 11:18
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb
25-04-2024, 11:16
Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
25-04-2024, 11:13
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin hesabat-seçki iclası keçirildi
24-04-2024, 22:28
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər