Dünyada cərəyan edən hadisələrin fonunda türk dünyası birliyi daha da güclənəcəkdir.
Gündəm / Siyasət
Oxunub: 29
13 мар 2024 | 21:31

Tarixi Zəfərimiz digər sahələrdə olduğu kimi, Azərbaycanın xarici siyasət uğurlarında, həmçinin türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Son illər prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter daşıyır. Bu isə öz növbəsində ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycan hər zaman türk dünyasının birliyinə çağırışlar edərək bunu atdığı addımları ilə təsdiqləyir.
Birmənalı olaraq deyə bilərik ki, bu gün türkdilli dövlətlərin başçıları arasında tamamilə yeni formatda təmasların mütəmadi xarakter almasında prezident İlham Əliyevin danılmaz rolu vardır. İlk növbədə bu ondan irəli gəlir ki, dövlət başçısının yürütdüyü xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi prioritet istiqamət olaraq müəyyən edilib və bu ölkələrlə iqtisadi, siyasi, humanitar və bütün digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan-Qazaxıstan münasibətlərinin bir müddət əvvəl artıq müttəfiqlik səviyyəsinə yüksəlməsi xüsusi diqqətəlayiq hadisələrdəndir. Təbii ki, bu münasibətlərin əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Hər iki ölkənin dövlət başçılarının ortaq səyləri sayəsində son illər ərzində Qazaxıstanla Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi siyasi, ticari-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da fəallaşmasına təkan verib. Bu baxımdan mart ayının 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri əlbəttə ki, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir.
Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, həmçinin Prezidentlərin mətbuata birgə bəyanatları strateji tərəfdaş, eyni zamanda, müttəfiq dövlətlər olan Azərbaycan və Qazaxıstanın əməkdaşlıq əlaqələrinin möhkəm təmələ əsaslandığını və bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqlədi. Cənab prezidentin mətbuata bəyanatında qeyd etdiyi kimi ölkələrimiz arasında münasibətlərin dinamikası eyni zamanda qarşılıqlı səfərlərin xronologiyasından da aydın görünür. Bəyanat prosesində prezident İlham Əliyev son ilyarım ərzində Qazaxıstana 4 dəfə səfər etdiyini, həmçinin bu dövrdə Qazaxıstan prezidentinin üçüncü dəfə ölkəmizə səfər etdiyini bildirdi. Dövlətimizin başçısı eyni zamanda səfər çərçivəsində aparılan fikir mübadiləsinə uyğun olaraq cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə edildiyini də diqqətə çatdırdı. Məhz belə dinamik qarşılıqlı fəaliyyət faktı özlüyündə iki qardaş ölkənin münasibətlərinin mənzərəsini real şəkildə təqdim edir.
Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi özlüyündə tarixi hadisədir və eyni zamanda iki ölkə arasında əlaqələrin gələcək inkişafının prioritetlərinin müəyyənləşdirilməsində əhəmiyyətli addımdır.
Qazaxıstanla beynəlxalq səviyyədə əməkdaşlığımız da yüksələn xətlə inkişaf edir. Ölkələrimiz aparıcı beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, daim bir-birimizi dəstəkləyirik. Hər iki ölkə, xüsusilə Türk Dövlətləri Təşkilatının işinə böyük töhfələr verirlər. Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Kasım-Jomart Tokayevin ölkəmizə səfəri zamanı Qazaxıstanın Azərbaycana hədiyyəsinin- işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasiminin keçirilməsi xalqlarımızın qardaşlıq münasibətlərinin daha bir nümunəsidir. Eyni zamanda Qazaxıstan prezidentinin dövlətimizin başçısı ilə Şuşa şəhərinə səfəri də tarixi hadisədir. Prezidentlərin Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada olması, bu gün nəinki paytaxt Bakının, işğaldan azad edilmiş ərazilərimizin Azərbaycanın xarici siyasət uğurlarına şahidlik etməsi, günün əsas çağırışlarının müzakirə edildiyi məkana çevrilməsi hər birimizi qürurlandırır. 30 il işğal altında qalan ermənilər tərəfindən tamamilə dağıdılaraq yerlə-yeksan edilən bu torpaqlarda aparılan quruculuq işləri, dost ölkələrin Azərbaycana dəstəyi bir daha mövcud reallığı təsdiqləyir ki, xarici siyasətdəki uğurlarımız ölkəmizi daha böyük zəfərlərə doğru aparacaqdır.
Təbii ki, bütün bunlar ölkələrimiz arasında rifahın, bütün əlaqələrin hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq. Dünyada cərəyan edən hadisələrin fonunda türk dövlətlərinin birliyinin möhkəmləndirilməsi həmçinin böyük bir ailə olan türk dünyası birliyini daha da gücləndirəcəkdir.
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib
26-04-2024, 22:45
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
26-04-2024, 22:42
Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
26-04-2024, 22:32
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
26-04-2024, 20:43
COP29 və Azərbaycan üçün yaşıl baxış
26-04-2024, 12:35
"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru"
26-04-2024, 01:39
Yaz tətili açıqlanıb
25-04-2024, 16:06
Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı, möhkəm təmələ əsaslanır
25-04-2024, 11:32
“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək
25-04-2024, 11:28
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Hesabat-seçki Konfransı keçirilmişdir
25-04-2024, 11:24
Ağac və gülləri yaşılıqları qoruyaq!
25-04-2024, 11:20
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılıb
25-04-2024, 11:18
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb
25-04-2024, 11:16
Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
25-04-2024, 11:13
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin hesabat-seçki iclası keçirildi
24-04-2024, 22:28
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər