Tarixi səfər və mühüm əməkdaşlıq istiqaməti.
Gündəm / Siyasət
Oxunub: 18
6 апр 2024 | 13:47

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevlə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun təkbətək və geniş tərkibdə görüşləri keçirilmişdir. Səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub. Dövlət başçıları görüşlərdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana səfəri tarixi səfərdir. Belə ki, ilk dəfədir ki, Konqo prezidenti Azərbaycana rəsmi səfər edir. Bu baxımdan prezident Deni Sassu-Nqessonun ölkəmizə ilk dəfə baş tutan səfəri olduqca mühüm əhəmiyyət kəsb edir. Bu səfər eyni zamanda ölkəmizin Afrika qitəsi ölkələri ilə uğurla davam edən əməkdaşlığında yeni bir səhifə açılacağından xəbər verir. Səfər çərçivəsində Konqo və Azərbaycan arasında imzalanmış Əməkdaşlıq haqqında bəyannamə münasibətlərin inkişafı baxımından önəmli bir təməldir. Və sözsüz ki, ölkələrimiz arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyi şübhəsizdir. Cənab prezident çıxışı zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edərək, bu səfərin ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı maraq və niyyətin təzahürü olduğunu xüsusi vurğuladı. “Bizim siyasi əlaqələrin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir” - deyə prezident bildirdi.
Bu gün ölkələrimiz arasında beynəlxalq təşkilatlar, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlıq mövcuddur. Konqo Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılmasını dəstəkləmiş ölkələrdən biridir və Azərbaycanda təsisata sədrliyi dövründə Afrika ölkələri ilə əməkdaşlığını həm ikitərəfli, həm də çoxtərəfli qaydada inkişaf etdirməyə, ümumi maraqlarımızın müdafiəsinə xüsusi diqqət yetirib. Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının da təmin edildiyinə diqqət çəkdi. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri sırasında neokolonializmə qarşı mübarizə məsələlərinin də durduğunu qeyd edən cənab prezident ölkəmizin xarici siyasətində bu sahənin xüsusi önəm daşıdığını qeyd etdi.
Onu da qeyd etmək lazımdır ki, həm tarixi, həm də müasir dünyanın tələbləri nöqteyi-nəzərindən Azərbaycanın Afrika ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. 30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurların Afrika ölkələrinin də marağına səbəb olduğu aydın məsələdir. İndi qarşılıqlı əməkdaşlığın üfüqlərini genişləndirməyin zamanıdır.
Vaxtilə sovetlər dönəmində Afrikanın müxtəlif ölkələrindən çox sayda tələbə Azərbaycanın ali məktəblərində, xüsusilə neft ixtisası üzrə təhsil alıb. Görüş çərçivəsində bu cür ənənənin bərpa olunması üçün göstərişlər də verilib.
Dövlətimizin başçısı çıxışı əsnasında ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa da toxunaraq bununla bağlı geniş fikir mübadiləsi aparıldığını qeyd etdi və bildirdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində və həmçinin bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Eyni zamanda gələcək aylar ərzində nümayəndələrimizin bir-biri ilə sıx təmasda olacaqlarını bildirdi.
Göründüyü kimi Azərbaycan bütün dünyada özünün humanist və xoşməramlı çağırışları ilə nüfuzunu və təsir dairəsini genişləndirir. Bu baxımdan Afrika ölkələrinin də Azərbaycanın xoş niyyətini və dürüst siyasətyini dəstəkləməsi əlbəttə ki, təbii haldır. Bütün bunları nəzərə alaraq qeyd etməliyik ki, iki ölkə arasında imzalanmış Azərbaycan-Konqo sənədləri ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişafına önəmli töhfə verəcəkdir.
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib
26-04-2024, 22:45
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
26-04-2024, 22:42
Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
26-04-2024, 22:32
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
26-04-2024, 20:43
COP29 və Azərbaycan üçün yaşıl baxış
26-04-2024, 12:35
"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru"
26-04-2024, 01:39
Yaz tətili açıqlanıb
25-04-2024, 16:06
Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı, möhkəm təmələ əsaslanır
25-04-2024, 11:32
“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək
25-04-2024, 11:28
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Hesabat-seçki Konfransı keçirilmişdir
25-04-2024, 11:24
Ağac və gülləri yaşılıqları qoruyaq!
25-04-2024, 11:20
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılıb
25-04-2024, 11:18
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb
25-04-2024, 11:16
Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
25-04-2024, 11:13
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin hesabat-seçki iclası keçirildi
24-04-2024, 22:28
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər